“LHG Company” MMC 22 aprel 2015-ci il tarixində Dövlət qeydiyyatından keçmiş və 6 may 2015-ci il tarixindən Ceyhun bəy Hacıbəyli küçəsi ev, 35 ünvanında fəaliyyətə başlamışdır.
Missiyamız – elmə, biliyə həvəsi olan hər kəslə biliklərimizi paylaşmaq, Vətənimiz, onun təbiəti, mədəni irsi, dərin tarixi keçmişi, müasir inkişafı və perspektiv potensialı haqqında biliklərimizi genişləndirmək, paylaşmaq, bir sözlə öyrənmək və öyrətməkdir, təbliğat və təşviqat məqsədilə hazırlanan materialların düzgün və savadlı tərcüməsini təqdim etməkdir.

Şüarımız: “Lazımıq? Hazırıq, gözləyirik”


Əsas vəzifəmiz: Vətənimizin davamlı sosial-iqtisadi yüksəlişinə, qeyri-neft sektorunun inkişafına kömək etmək, geniş dünyagörüşlü peşəkar mütəxəssislərin hazırlanmasına yardımçı olmaq, istənilən yaşda insanların oxumaq, öyrənmək və öyrətmək istəklərini dəstəkləmək, ölkəmiz üçün aktual olan peşə sahələrinin təşviqinə və qeyd edilənlərin imkan daxilində reallaşmasına nail olmaqdır.
Xidmətlərimiz: Biz istər tərcümə, istərsə də təlim sahəsində daim sizin yanınızdayıq. Mövzu spektrimiz genişdir, bədii, texniki, tibbi, hüquqi, İKT, iqtisadiyyat, elm və texnika sahəsində istənilən mətni Azərbaycan, rus, türk, ingilis, alman, fransız, yapon dillərinə və əksinə tərcümə etməyə hazırıq. Dillər bununla kifayətlənmir, yaxın vaxtlarda onların sırası bir qədər də genişlənəcək və sizə yeni təkliflərimiz olacaq. Biz peşəkarıq və yalnız öz sahəsinin mütəxəssisləri ilə işləyirik. Məqsədimiz müştərilərimizə qısa müddət ərzində yüksək keyfiyyətli tərcümə mətnləri təqdim etməkdir.
Təlimlərimiz: “LHG Company” Tərcümə və Təlim Mərkəzi sizə müxtəlif təlimlər təklif edir, eyni zamanda müştərilərimizin tələbatlarına uyğun yüksək keyfiyyətli təlimlərin təşkilinə də zəmanət verir.

  • Xarici dil kursları (rus, ingilis, alman, fransız, yapon, türk dilləri)
  • “Ekoloji audit” kursları
  • Bələdçilik kursları (ölkədaxili və xarici turlar üçün bələdçi)
  • Mədəni İrs kursları (Milli rəqslər, rəssamlıq, “Ebru” sənəti, bədii tikmə, bədii toxuma, xalçaçılıq, bədii fotoqrafiya, milli mətbəximiz, müalicəvi aerobika)
  • Ümumi kompyuter bilgiləri, kompyuter qrafikası, PHP proqramlaşdırma və web-design (müştərəinin istəyinə uyğun olaraq, hər hansı bir proqramın dərindən öyrənilməsi)
  • Məktəbə hazırlıq və ümumitəhsil kursları

Yaş həddi: Bu gün hamını düşündürən və həyəcanlandıran bir məqam hər yerdə üzləşdiyi yaş həddidir. “LHG Company” MMC Tərcümə və Təlim Mərkəzi ilə əməkdaşlıq etmək istəyənlər bu problemi birdəfəlik unutsunlar. Biz də yaş həddi yoxdur! 4 yaşlı balalarımızdan başlamış 97 yaşlı ahıllarımıza qədər hamını gözləyirik. Bu hələ bizim sizə təklif edəcəklərimizin cüzi bir hissəsidir. Növbəti addımı isə SİZDƏN gözləyirik, ƏZİZ MÜŞTƏRİLƏRİMİZ!