Milli rəqslər


Məqsədimiz tarixi hələ bizim eradan əvvəllərə təsadüf edən qədim milli rəqslərimiz – “Yallı”, “Cəngi”, “Asta Qarabağı”, “Gəncə”, “Qazağı”, “Qızlar bulağı”, “Alay”, “Səməni”, “Tərəkəmə”, “Novruzu”, “Uzundərə”, “Mirzeyi”, “Yüzbir” və başqalarını bərpa etmək, müdrikliyin, gözəlliyin, zərifliyin təcəssümü olan rəqslərimizi yerində və düzgün ifa etməyi öyrətməkdir. Belə ki, bəzən “Vağzalı”, “Qəşəngi”, “Uzundərə” və s. kimi rəqslərin lirik, incə, axıcılığı ilə məhz xanımlar tərəfindən ifa olunduğunu, “Müdriklik rəqsi” sayılan “Mirzeyi”nin isə ahıllara məxsus şəstlə təqdim edildiyini unuduruq. Qoçaqlıq, sürət, güc, qüvvət, mərdlik, kişilik rəmzi olan “Qazağı”, “Qaytağı”, “Xançobanı”, “Şalaxo” kimi rəqslərimizi isə igidlərimizə, ərənlərimizə xas olduğunu nəzərə almırıq. Ancaq bu artıq problem deyil, məşğələlər zamanı siz gözəl rəqs etməklə yanaşı, həm də incəsənətin bu növünün tarixi ilə tanış olacaq, Azərbaycana xas hərəkətləri, xırdalıqları öyrənəcək, musiqi zövqünüzü, rəqs mədəniyyətinizi zənginləşdirəcəksiniz.
Fərdi
uşaq: 40 AZN
böyük: 70 AZN
Qrup
uşaq: 30 AZN
böyük: 50 AZN

Bəy-gəlin rəqsləri


Xalqımızın toy mərasimlərinə milli ruh vermək, bəy və gəlinlərimizin həyatında unudulmaz xatirəyə çevriləcək bu günü daha gözəl və özəl etmək məqsədilə onların zövqünə uyğun rəqslərin seçilməsi, yeni rəqslərə quruluş verilməsi və yekun məşqin toyun keçiriləcəyi məkanda aparılmasını nəzərdə tutan kurslarımız, nəticə etibarilə bu günün önəmini artırmağa kömək edəcək.
Fərdi
uşaq:
böyük: 140 AZN
Qrup
uşaq:
böyük:

Rəsm studiyası


4 yaşından 97 yaşına qədər hər kəsə rəssamlıq dünyasından bəhrələnmək imkanı verən studiyamızda siz incəsənət tarixi, məşhur rəssamlar haqqında məlumatla tanış olmaqla yanaşı, gözəlliklər aləminə səyahət edəcək, müxtəlif texnikalarla müxtəlif janrlarda işləmək vərdişi qazanacaq, özünüzü sınayaraq arzusunda olduğunuz rəsmi çəkmək imkanı qazanacaqsınız.
Fərdi
uşaq: 80 AZN
böyük: 110 AZN
Qrup
uşaq: 50 AZN
böyük: 70 AZN

Ebru sənəti


XV əsrdə Türküstanda yaranan "Ebru" sənəti zərifliyi, incəliyi və bir texnikada müxtəlif janrları birləşdirmək imkanları ilə maraq doğurur. "Ebru", "Abru" kimi səslənən bu sənət növünün kökündə xüsusi maddələr əlavə etməklə ağırlaşdırılmış suyun üzərində yerləşən kağızda suyadavamlı və xüsusi təbii qatqılı boyalarla işlənən bədii nümunələr durur. "Ebru" sənəti, onun dünəni, bu günü, gələcəyini ustasından öyrənmək istəyənlər - bizə müraciət edə bilər.
Fərdi
uşaq: 80 AZN
böyük: 80 AZN
Qrup
uşaq: 60 AZN
böyük: 60 AZN

Bədii tikmə


Tarixi qədimlərə gedib çıxan dekorativ -tətbiqi sənət növü xanımlarımızın hiss-həyəcanını, sevincini və daim gələcəyə inamını, zövqünü əks etdirir. Axı bədii tikmə nümunələri sonradan tək məişətimizi bəzəmirdi, onlar həm də milli geyimlərimizi tamamlayırdılar. Bədii tikmənin bir çox növləri və texnikaları var, ipək sapların, qızıl və gümüş tellərin, cürbəcür pilək və daş-qaşların sintezindən yaranan kompozisiyalar dünyanın ən məşhur kolleksiyalarının bəzəyidir. Xalça sənətində olduğu kimi, bədii tikmə nümunələri də gözəl mənzərələri, miniatürları, heyvan və bitki təsvirləri üzərində qurulur. Rəmzliklərlə dolu əsərlər nənələrimizin bizə ismarıcıdır. Siz heç parça üzərində ipək saplarla müxtəlif texnikalarla məktub yazmağa cəhd etmisinizmi? Naxışların sirrini öyrənməyi arzulamısınızmı? Əgər bu həvəs qəlbinizdən keçirsə, onda biz sizi güləbətin, pilək, zərənduz və s. növlərin və müxtəlif texnikaların tədrisinə, onun müasir geyimdə aktuallaşdırılmasına, sənət tarixinə həsr olunan "BƏDİİ TİKMƏ" təliminə dəvət edirik.
Fərdi
uşaq: 70 AZN
böyük: 90 AZN
Qrup
uşaq: 50 AZN
böyük: 70 AZN

Bədii toxuma


Zərif barmaqlar, ecazkar naxışlar, bir-birini tamamlayan rənglər və sehrli ilmələrin sirrindən yaranan gözəl əl işləri. “Bədii toxuma” təlimimiz Azərbaycanın qədim naxışlarını, toxuma növlərini müasir geyim, bəzək aksessuarlarında birləşdirməyə, zövqünüzə uyğun, sizin fərdiliyinizi nümayiş etdirən məmulatlar hazırlamağa kömək edəcək. Gəlin bu sehrli dünyaya birgə baş vuraq və onu əl əməyi, göz nuru ilə bəhrələndirək.
Fərdi
uşaq: 70 AZN
böyük: 90 AZN
Qrup
uşaq: 50 AZN
böyük: 70 AZN

Xalçaçılıq


Hər xalça babalarımızın, nənələrimizin bizə ötürdüyü, əllərinin hənirtisi ilə ilmələrə köçürüb, naxışlarla rəmzləşdirdiyi namədir. Bu naməni, dünənimizdən bu günümüzə və gələcəyə ünvanlanan məktubları isə oxumağa sizə peşəkar ustamız kömək edəcək. Təlimə gələn hər kəs yekunda ürəyindən keçəni gələcək nəslə ötürə bilən xalçasını yaradacaq və ən əsası YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilmiş sənətin yaşamasına, təbliğinə və öyrənilməsinə töhfə verəcək.
Fərdi
uşaq: 70 AZN
böyük: 90 AZN
Qrup
uşaq: 50 AZN
böyük: 70 AZN

PHP proqramlaşdırma


İnformasiya Kommunikasiya Texnologiyalarından rahat istifadə etmək, kompyuter proqramlarını dərindən və asanlıqla mənimsəmək, dizayn proqramlarından istifadə etməklə xəyallarınızı gerçəkləşdirmək və İnternet səhifələri açmaq üçün bu sahənin əlifbasını bilmək lazımdır. Onun əlifbası isə bizim “PHP proqramlaşdırmanın əsasları” təlimində aşılanır. Buyurun, gəlin, arzularınızı gerçəkləşdirin, intellektual və fiziki məhsullarınızı dünya bazarına çıxarmaq, İnternet səhifələrinizi uğurla irəlilətmək artıq çətin deyil və peşəkarlar hər zaman sizə kömək etməyə, biliklərini paylaşmağa hazırdırlar.
Fərdi
uşaq:
böyük: 240 AZN
Qrup
uşaq:
böyük:

Web-design


Proqramlaşdırmanı öyrənəndən sonra İnternet səhifəsini oxucuya maraqlı etmək, onu göz oxşayan və cəlbedici formata salmaq lazımdır. Bəs bunu necə etməli? Rənglər, musiqi, qaçan titrlər və digər imkanlardan savadla istifadə edib, maraqlı həllərə necə nail olmalı? Bu sualların cavabı çox asandır. Əlbəttə, “LHG Company”yə gəlməli və bizim kurslara yazılaraq əsas bilikləri əldə etmək, qazanılan vərdişlərdən düzgün istifadə etməklə, cürbəcür effektlərə nail olmaq Lazımdır. Onda biz Hazırıq və sizi Gözləyirik.
Fərdi
uşaq:
böyük: 180 AZN
Qrup
uşaq:
böyük:

Adobe Photoshop


Yəqin ki, hamınızın uşaqlıqda sevdiyiniz şəkilləriniz və ya çəkməyi arzuladığınız, böyüdüb, çap edib mənzilinizə vurmaq istədiyiniz rəsmlər olub. Onlar nə qədər gözəl olsalar da bir müddətdən sonra keyfiyyətləri dəyişir, kağız saralır, rənglər solur və unudulurlar. Lakin ürəyinizi sıxmayın! Adobe Photoshop proqramı sizə şəkilləri bərpa etmək, yenisini çəkmək, onlara müxtəlif işıq-kölgə effektləri vermək, keyfiyyətinə xələl gətirmədən ölçüsünü, parlaqlığını dəyişmək və daha çox imkanlar yaradır. Yetər ki, təlimə qatılıb, onu əxz edin və faydalanın. Həyatınız rəngarəng, ömrünüz mənalı, qəlbiniz isə sevinc hissi ilə dolu olsun.
Fərdi
uşaq:
böyük: 130 AZN
Qrup
uşaq:
böyük:

Adobe Illustrator


Rənglər dünyasının ecazkar aləmi, gözəlliklərlə dolu bir dünyanı bəxş edəcək bu proqram, sizə həmçinin müxtəlif çap məmulatlarını – plakat, afişa, açıqca, flayer, kitabça, jurnal, kitab və s. nəfis tərtibatla yığmağa kömək edəcək. Sonsuz imkanlar təxəyyülünüzlə birləşərək bitkin əsərlərin meydana gəlməsinə səbəb olacaq.
Fərdi
uşaq:
böyük: 130 AZN
Qrup
uşaq:
böyük:

Adobe InDesign


Daha çox kitabların, jurnalların yığılmasında istifadə olunan dizayn proqramı sizin mətbu nümunənizin oxucular tərəfindən maraqla qarşılanmasına, onun imkanları isə jurnallarınızın rəngarəng və gözoxşayan olmasına kömək edəcək. Dizayn sahəsində bacarıqlarınızı nümayiş etdirmək üçün ən qısa yol bu proqramları öyrənməkdən və tətbiq etməkdən başlayır. Öyrətmək bizdən, tətbiq sizdən!
Fərdi
uşaq:
böyük: 130 AZN
Qrup
uşaq:
böyük:

Corel Draw


Təlimini təklif etdiyimiz bu dizayn proqramının da tətbiq sahələrini sadalamaqla bitmir. O sizə müxtəlif təqdimat materialları, vizit kartları, reklam vasitələri, hətta animasiya effektləri yaratmağa kömək edə bilər.
Fərdi
uşaq:
böyük: 130 AZN
Qrup
uşaq:
böyük:

Mac OS X


Müasir dövrümüzü kompyuter texnikası olmadan təsəvvür etmək çətindir. İT inkişaf etdikcə, əməliyyat sistemləri də təkmilləşir. Bu gün dünyada "APPLE" brendinin geniş yayılması OS X əməliyyat sistemi ilə işi aktuallaşdırıb. "MAC OS X" kursunda siz əməliyyat sisteminin quruluşu, poqram təminatı, müxtəlif modifikasiyalı kompyuterlər arasında şəbəkənin yaradılması, faylların arxivləşdirilməsi, çapı və digər incəlikləri öyrənəcəksiniz.
Fərdi
uşaq:
böyük: 250 AZN
Qrup
uşaq:
böyük:

Microsoft Office


Microsoft Office ailəsinə daxil olan proqramlar: Microsoft Word, Microsoft Excel, Microsoft Access, Microsoft Power Point, Microsoft Internet, Microsoft Outlook və s. irili-xırdalı proqramlar müasir kompyuter bilgilərinin əlifbası sayılır və sizin karyeranızın inkişafına mühüm dəstək olacaq. Eyni zamanda məlumatların əldə olunması, yığılması, ötürülməsi, emalı və vizuallaşmasını təmin edir.
Fərdi
uşaq:
böyük: 80 AZN
Qrup
uşaq:
böyük: 60 AZN

Məktəbəqədər hazırlıq


Şirin-şəkər balalarımızı məktəbə hazırlamaq, onlara elm və bilik əldə etmək istiqamətində inamlı addımlar atmağa kömək etmək, məntiqi düşüncə, riyazi vərdişlər, ana dili və xarici dillərdə anlaşma imkanı vermək təlimimizin əsas məqsədidir. Gül balalarımız təlimlər kompleksinə qoşulmaqla, ana dili, riyaziyyat, məntiqi düşüncə, rəsm və rəqsin əsaslarına yiyələnəcək. Biliklə əyləncənin bir-birini əvəz etdiyi məşğələlərdən zövq alacaqlar.
Fərdi
uşaq: 100 AZN
böyük:
Qrup
uşaq: 60 AZN
böyük:

İbtidai sinif hazırlığı


İbtidai sinif hazırlığı təlimi zamanı balaca məktəblilər məktəbdə öyrəndiklərini möhkəmləndirəcək, kurrikuluma əsaslanan məşğələlər zamanı fənlərarası əlaqələri araşdıracaq, bu isə onlarda elmlərə marağın artmasına, innovativ düşüncə tərzinin formalaşmasına kömək edəcək.
Fərdi
uşaq: 100 AZN
böyük:
Qrup
uşaq: 60 AZN
böyük:

Kimya


Kainat müxtəlif tərkibli mikrohissəciklərdən ibarətdir, onlar öz aralarında birləşir, oksidləşmə-reduksiya reaksiyaları gedir, maddələr mübadiləsi və dövranı nəticəsində müxtəlif proseslər baş verir. Başdan-ayağa kimyəvi proseslərin nümayəndəsi - insanın orqanizmini tanıması, onu idarə etməsi və sağlam olması üçün biologiya ilə yanaşı, kimya elminə vaqif olması vacibdir. Bizim peşəkar mütəxəssislərimiz sizə elmə yiyələnməkdə kömək edəcək, biliklər xəzinəsinə çıraq tutacaq.
Fərdi
uşaq:
böyük: 80 AZN
Qrup
uşaq:
böyük: 60 AZN

Biologiya


"Bir qaıanın sirri"ni açmaq üçün bitkilərin, heyvanların "dili"ni bilmək, bədən dilinə sahib çıxıb, qüvvənizi idarə etməyi bacarmalısınız. Sizə bu işi erkən yaşlarından başlamğı tövsiyə edir və 6-cı sinifdən etibarən məktəbli balalarımıza biologiya fənni üzrə təlimə dəvət edirik.
Fərdi
uşaq:
böyük: 120 AZN
Qrup
uşaq:
böyük: 80 AZN

Bədii fotoqrafiya


Həyatda anın qədrini bilən, onu məqsədyönlü istifadə edənlər udur. "Bədii fotoqrafiya" təliminə yazılanlar isə bu anın yaşantılarını, gözəlliklərini, ecazkarlığını görməyi, onu rəqəmsallaşdırmağı və ya lentin yaddaşına köçürməyi, rakursları düzgün seçərək, effektlərdən istifadə etməyi və son nəticədə anı tarixə çevirməyi öyrənəcəklər.
Fərdi
uşaq:
böyük: 1600 AZN
Qrup
uşaq:
böyük: 600 AZN

Milli mətbəx


Qısa zaman ərzində qonaqlarınızın ürəyincə olacaq süfrə açmaq, milli, Avropa və dünya mətbəxinin ləziz təamlarını, bir-birindən dadlı şirniyyatları, desertləri, isti və soyuq yeməkləri, qəlyanaltıları hazırlamağı öyrənmək, mətbəx sirlərinə bələd olmaq istəyirsinizsə, təlimimizə qoşulun. Qoyun hamı sizin əlinizin duzundan, süfrənizin gözəlliyindən, çayınızın ətrindən bəh-bəhlə danışsın.
Fərdi
uşaq:
böyük: 80 AZN
Qrup
uşaq:
böyük: 60 AZN

Müalicəvi aerobika


Oturaq həyat tərzi, azhərəkətlilik, vaxtdan qeyri-səmərəli istifadə, stresslər müxtəlif xəstəliklərə, piylənməyə, əzələ boşalmalarına, duzlaşmaya, onurğa əyriliklərinə və s. səbəb olur. Sərv qamətli, incə, gözəl və sağlam bədən quruluşuna malik olmaq istəyirsinizsə, milli rəqs elementləri üzərində qurulmuş və fərdi yanaşmaya əsaslanan "Müalicəvi aerobika" təlimimizi qaçırmayın. Daim sağlam və gözəl olun!
Fərdi
uşaq:
böyük: 80 AZN
Qrup
uşaq:
böyük: 60 AZN

Bələdçi hazırlığı


Geniş turizm potensialına malik ölkəmiz, həm də bir çox dünyamiqyaslı tədbirlərin, beynəlxalq forum və idman yarışlarının keçirildiyi məkandır. Bütün bunlar ölkəmizə gələn qonaqların tələblərinə uyğun yüksək səviyyəli bələdçi hazırlığının vacibliyini labüdləşdirir. Tələb və təklifi nəzərə alaraq biz ölkədaxili və ölkədənkənar turizm sahəsində çalışa bilən bələdçi hazırlıqlarını təşkil etmək qərarına gəldik. Beləliklə, həm ölkə daxilində bu sektorda xidmət keyfiyyətini yüksəldə, eyni zamanda ölkədən kənara təşkil olunan turlarda böyük məsrəf hesabına müxtəlifdilli əcnəbiləri cəlb etməkdənsə, yerli mütəxəssislərimizdən istifadə edə və ölkə iqtisadiyyatına öz töhfəmizi verə bilərik.

Ekoloji audit


"Ekoloji audit" təlimi ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, geoekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ekologiya sahəsində yerli və beynəlxalq qanunvericilik, ekoloji standartların öyrənilməsi, qlobal ekoloji problemlər və onların aradan qaldırılması yollarının araşdırılması istiqamətində ən müasir təcrübələrin, nəzəri və praktiki vərdişlərin aşılanması, mütəxəssislərin ixtisaslarının artırılmasını nəzərdə tutur. Təlimin yekununda müdavimlərimiz ümumi və xüsusi ekoloji bilik və vərdişlərə yiyələnərək, əldə etdikləri bilikləri təcrübədə asanlıqla tətbiq etmək xüsusiyyətinə malik olacaqlar. Təlim Beynəlxalq EkoEnergetika Akademiyasının professoru Lətifə xanım Hüseynovanın tərtib etdiyi proqram əsasında həyata keçirilir. Kompleks yanaşmaya əsaslanan təlim bir neçə moduldan, elmi və nəzəri seminarlardan ibarət olduğundan onun müddəti və mövzu seçimində müştərinin istəyi nəzərə alınır.