Tərcümə və redaktə xidmətləri


Dil fikirlərimizin ifadə vasitəsi olduğu kimi, ölkəmizin elmi-texniki tərəqqisini, mədəniyyət dünyasını, özəlliklərini tanıtmaq, dünyada baş verən yenilikləri öyrənmək üçün şərait yaradan maddi və qeyri-maddi mədəniyyət xəzinəsinin açarıdır. Bu açardan istifadə edib, təxəyyülünüzün məhsulunu rus, ingilis, türk, alman, fransız, yapon dillərində görmək istəyirsinizsə, peşəkar tərcüməçilərimiz və redaktorlarımız hər zaman xidmətinizdədir.

Maraq klubları


Bizim maraq klublarımız sizin ünsiyyət meydanınızdır. "Gənc ailələr", "Sağlam qida", "ANA Təbiət", "Kinomarafon", "Teatr görüşləri", "Birlikdə dinləyək", "İncəsənət ruhun qidasıdır", "Nağıllar aləmi", "Kitablar - sirlər xəzinəsinin açarıdır" və s. maraq klublarımız 4 yaşından 97 yaşına qədər hamını narahat edən, sevindirən, paylaşmaq arzusunda olduğu məsələlərin müzakirəsinə yığışacağı, "Çay dəstgahı" ətrafında əylənib öyrənəcəyi məkandır. Sizi canlı ünsiyyətə dəvət edirik.

İnternet səhifələrinin açılması


Yüksək zövqlə hazırlanan İnternet səhifələri sizin dünyaya çıxışınız, şirkətinizin uğurlu tanıtımı, müştəriləriniz, oxucularınız, dinləyicilərinizlə fəal əlaqənizdir. İnternet səhifə xidmət və məhsulların audio-vizual nümayişi ilə yanaşı, tələb və təklifin öyrənilməsində, marketinq və PR sahəsində ən uğurlu həlldir. Lakin bu təqdimata savadla yanaşmaq, ən xırda məqamı belə gözdən qaçırmamaq lazımdır. Bunu isə bizim mütəxəssislərimizə həvalə etsəniz, səhifənin sürətlə açılması, yüksək zövqlə işlənməsi, möhtəşəm mühafizə strategiyası üzrə tam zəmanət əldə edəcəksiniz. Səhifələrin hazırlanmasında bizim əsas şüarımız "Sürət, keyfiyyət, toxunulmazlıq və zövq"dür. Təklif bizdən, seçim sizdən!

Kitabların, jurnalların xüsusi proqramlarla yığılması və dizaynı


Müştərilərimizin işini asanlaşdırmaq, onlara bir mənbədən hərtərəfli xidmət göstərmək - bizim əsas məqsədlərimizdəndir. Bununla əlaqədar, Sizin kitabın, jurnalın, məqalənin, plakatın, reklamın və digər bədii tərtibat tələb edən sifarişlərinizin nəfis görünüşünü təmin etməyi hər zaman öhdəmizə götürməyə hazırıq.

Audio və videomontaj


Hər tədbirin bəzəyi, onun müəyyən səs və görüntülərlə bədiiləşdirilməsi və beləliklə daha yadaqalan olmasıdır. Biz, hər zaman olduğu kimi, bu işdə də yanınızdayıq. İstər müəssisənizin reklamının hazırlanması, audiovizual effektlərlə zənginləşdirilməsi, istərsə də ona qaçan sətirlərin əlavə olunması, kadrarxası səslə canlandırılması, mövzunu qüvvətləndirən musiqi parçaları ilə zənginləşdirilməsinin təmin olunmasını böyük həvəslə üzərimizə götürürük. Bizimlə müxtəlif səviyyəli tədbirlərdə, konfrans və forumlarda ən cəlbedici nümayiş Sizin olacaq!

İnteryer və eksteryerin dizaynı


Evimiz məişətimizin, daxili və zahiri aləmimizin güzgüsü, arzularımızın, hiss və həyəcanlarımızın təcəssümüdür. Deyirlər "evin kiçik olsa da, təki ürəyin geniş olsun". Müasir memarlıq sənəti, interyer və eksteryerdə dəyişikliklər etməklə, kiçik mənzilinizi xəyalınızda yaşatdığınız saraya çevirir. Zaman, məkan və fəzanın ahəngi rahatlığın, səmərəli fəaliyyətin və istirahətin təminatçısı olur. Peşəkar memar və dizaynerlərimiz isə bu işdə Sizin ən yaxın köməkçiniz olacaq.

Bədii fotoqrafiya


Həyatın hər anı təkrarolunmazdır, onu unudulmaz edən isə bədii fotoqrafiyadır. Uşaqlıqdan ən çox sevdiyimiz, sevindiyimiz, güldüyümüz, kədərləndiyimiz andığımız, əlbəttə ki, ailə albomumuz olub və bu ənənə indi də müasir qrafik, rəqəmli vasitələrin köməyi ilə daha gözəl davam etməkdədir. Peşəkar fotoqraflarımız Sizə həyatınızın unudulmaz anlarını tarixə çevirməkdə, körpələrin ilk təbəssümündən xoşbəxtlik dolu gülüşünə qədər ömür yolunun işıqlandırılmasında Sizə kömək etməyə hazırdır.

Milli geyimlərin, suvenirlərin, maskaların, bədii tikmə nümunələrinin hazırlanması


Tariximizin, zövqümüzün nümunəsi milli geyim və aksessuarlarımız, balacalarımızın, yeniyetmələrimizin ad günlərini, tədbirlərini bəzəyən maskalar, xaricdə Azərbaycanı tanıtmaq üçün alçıdan, saxsıdan, parçadan hazırlanmış müxtəlif gəlinciklər, suvenirlər, oyuncaqlar, kitabların arasına qoyulan əlfəcinlər, masanızı bəzəyən süfrə və dəsmallar - bütün bunlar Sizin arzu və istəklərinizə uyğun hazırlanacaq əşyaların cüzi bir hissəsidir. Hər evin bəzəyinə çevriləcək bu aksessuarların həyatınızı bəzəməsi isə Sizin sifarişiniz və bizim icramızdan asılıdır.

Korporativ tədbirlərin, bayramların, mərasimlərin dizaynı və təşkili


Hamı müəyyən məqsəd və hadisənin təcəssümü olan bayramların. korporativ tədbirlərin, ad günləri, özəl mərasimlərin gözəl, yaddaqalan olmasını, fərqliliyi və zövqü ilə seçilməsini arzulayır. Bizim təşkilatçılığımız, Sizin uğurunuzun təkanverici qüvvəsidir!